Azərbaycan Müdafiə Nazirliyi Qondarma “Dağlıq Qarabağ Respublikası”nın “müdafiə naziri” Levon Mnaçakanyanın “ehtiyac olduğu halda Azərbaycan ərazisindəki strateji və hərbi obyektlərə, eləcə də aerodromlara zərbə vurmağa hazır olmaları barədə” fikirlərinə münasibət bildirib.
Nazirlikdən Musavat.com-un sorğusuna cavabında deyilir: “Ehtiyac olduğu halda Azərbaycan ərazisindəki strateji və hərbi obyektlərə, eləcə də aerodromlara zərbə vurmağa hazır” olmaları barədə cəfəng ideya ilə çıxış edən qondarma “DQR”in əldəqayırma “müdafiə naziri” Levon Mnaçakanyanın fikirlərinə şərh vermək belə yersizdir. Ona yalnız Azərbaycan xalqının atalar sözünü xatırlatmaq yerinə düşər.“İtdən soruşurlar ki, niyə hürürsən? Deyir qorxuzuram! Soruşurlar quyruğun niyə əsir? Deyir: özüm də qorxuram”. Hazırda Ermənistandakı hərbi-siyasi rejimi idarə edənlər məhz elə itlərin günündədir”.