Anasını öldürən Rus oliqarxı İqor Sosin 19 yaşlı oğlu tükürpədən etiraflar edib.
Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, Rusiya hələ də milyarder işadamı İqor Sosinin keçmiş həyat yoldaşı Anastasiya Novikova – Sosianın oğlu tərəfindən qorxunc şəkildə öldürüldüyü cinayətin şokunu yaşayır. 44 yaşlı mərhum Sosianın oğlu Eqor Sosin bu cinayəti anasının içindəki şeytanı qovmaq üçün etdiyini deyib.
“Anam mənimlə yaxınlıq etmək istəyirdi”, – deyə iddia edən 19 yaşlı gənc, Kazan kəndindəki bir oteldə törətdiyi qorxunc cinayəti belə şərh edib:” Təxminən yarım saat boğdum, sonra üzərində oturub yumruqladım”.