GENERAL VÜSAL NOVRUZOVLA JURNALİSTİN MƏHKƏMƏ ÇƏKİŞMƏSİ TƏXİRƏ SALINDI

0
3

Yasamal Rayon Məhkəməsində Bakı Gömrük İdarəsinin rəisi, general Vüsal Novruzovun AzToday.az saytının baş redaktoru Elmidar Əliyev barəsində CM-in 147.1, 147.2 və 148-ci maddələri ilə təqsirli bilərək cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı məhkəmə hazırlıq iclası keçirilib.
Hakim Akşin Əfəndiyevin sədrliyi ilə keçirilən prosesdə Vüsal Novruzov iştirak etməyib. Gömrük generalını vəkili Ruslan Vəliyev prosesdə təmsil edib.
Cavabdeh Elmidar Əliyev vəsatət qaldıraraq prosesin Yasamal Rayon Məhkəməsində keçirilməsinə etiraz edərək, Vüsal Novruzovun şikayətinin qeydiyyatda olduğu rayon keçirilməsini istəyib.
Vüsal Novruzovun vəkili AzToday.az saytının baş redaktoru Elmidar Əliyevin Azərbaycan Nəşriyyatında fəaliyyət göstərdiyini və bunu nəşriyyatın əməkdaşlarından öyrəndiyini bildirib. Amma Azərbaycan Nəşriyyatına verdiyi sorğuya cavab almadığını deyib.
Hakim Akşin Mehdiyev Elmidar Əliyevin verdiyi vəsatət əsasında məhkəmə baxışının hazırlıq iclasını mayın 13-ü, saat 16:30-a qədər təxirə salıb.
Qeyd edək ki, Vüsal Novruzov mediada barəsində yazılan məqalələrlə bağlı ilk dəfə AzToday.az saytını məhkəməyə verib.
AzToday.az saytının baş redaktoru Elmidar Əliyev məhkəməni azad sözə qarşı təzyiq kimi qiymətləndirir.

AZİNFORUM.AZ