Hollandiya alimləri bəzi insanların sifət quruluşlarının yaşlarından çox gənc, yaxud, çox qoca olmasının sirrini çözüblər. Moderator.az xəbər verir ki, Hollandiyanın Erazm universitetinin tibb fakültəsinin mütəxəssisləri 2600 adamın genetik özəlliyini araşdıraraq insanı yaşından çox böyük göstərən xüsusi geni kəşf ediblər.
Seçilən 2600 adamın yarısı yaşından çox cavan, yarısı isə çox yaşlı görünən şəxslər olub. Mütəxəssis qrupu bunun səbəbini həmin adamlardakı MC1R genində aşkarlayıblar. Həmin gen elm aləminə əvvəl də məlum olub. Belə ki, dərinin qırmızıya çalması və saçların zəif sarı rəngə boyanmasını təmin edən gen həm də üz cizgilərində fövqəladə dəyişimlər yaradır.
Elmin Nuri