Türkiyəli müğənni Doğuşla ailəli olan teleaparıcı Xoşqədəm Hidayətqızı ana olub.
Milli.Az bildirir ki, cütlüyün əkiz oğlanları “Şişli Kolan İnternetional Hospital” xəstəxanasında dünyaya gəlib.
Bu barədə türkiyəli sənətçi Demet Akalın sosial şəbəkədə yazıb: “Dostumun iki aslan parçası övladı oldu. Təbriklər! Ən böyük ata – Doğuş ata!”.
Qeyd edək ki, Xoşqədəm Hidayətqızı Doğuşla 2014-cü ildə ailə həyatı qurub. Teleaparıcının birinci evliliyindən Zaur adlı oğlu var.