Məhkəmələrə əlavə səlahiyyət verilir –Parlament daha bir qanuna dəyişiklik edəcək

0
3

Bu gün Milli Məclisin (MM) Ailə qadın və uşaq məsələləri, Əmək və sosial siyasət, Gənclər və idman komitələrinin birgə iclasında Ailə Məcəlləsinə dəyişiklik edilməsi haqqında qanun layihəsi müzakirə olunub.

Ailə Məcəlləsinə edilən dəyişikliklərdən biri boşanmadan sonra yetkinlik yaxşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması ilə bağlıdır.

Hazırda qüvvədə olan qanuna görə, məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərin hansının yanında qalmasını müəyyən etməlidir.

Dəyişikliyə görə isə, bundan sonra məhkəmə həm də uçaq həmin valideynin yanında deyildirsə, onun digər valideyndən alınıb, yanında qalması müəyyən edilən valideynə verilməsi məsələsini həll etməlidir.

Məcəlləyə təklif edilən digər dəyişikliyə görə məhkəmənin qətnaməsi qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.

Digər dəyişikliyə əsasən isə müvafiq icra hakimiyyəti orqanı nikahın pozulması haqqında qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarış daxil olduqqdan sonra nikahın pozulmasının dövlət qeydiyyatını aparır.

Nikahın pozulması qeydə alındıqdan sonra bu barədə şəhadətnamə almış şəxs yeni nikah bağlaya bilər.

Layihə MM-in plenar iclasına tövsiyə olunub.