Dövlət Departamentindən Qarabağla bağlı mühüm açıqlama:”ABŞ Qarabağın müstəqilliyini tanımır”

0
4

ABŞ beynəlxalq ictimaiyyətlə bərabər Dağlıq Qarabağı tanımır.

APA-nın məlumatına görə, bunu ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Mark Toner brifinqdə deyib.

“Dağlıq Qarabağın yekun statusu yalnız hərtərəfli nizamlanma kontekstində müəyyən ediləcək”, – deyə Mark Toner vurğulayıb.

Dövlət Departamentinin rəsmi nümayəndəsi həmçinin qeyd edib ki, ABŞ münaqişənin həllinə nail olmaq üçün tərəfləri xoşməramlı ab-havada danışıqlar masası arxasına oturmağa çağırır.