6 ilin gəlini qaçırıldı – Naxçıvanda

0
3
Naxçıvanda 6 ilin gəlini Əliyeva Qəndab Mahir qızı başqa bir kişi tərəfindən qaçırılıb.
Bu barədə zərərçəkmiş şəxsin bacısı Günay Əliyeva məlumat verib.
Onun sözlərinə görə, hadisə mayın 3-də baş verib:
“Bacımı Rəhim Mirzəyev adlı şəxs qaçırıb. Rəhim ruhi xəstədir, narkomandır. Bacımı zorla qaçırıb, onu övladını öldürməklə hədələyirdi. Bacımı onun ərinə görə qaçırıb. Rəhimin bacımın həyat yoldaşı ilə problemi olub. Ona görə də qisas almaq məqsədilə bacımı qaçırıb, telefonunu da qırıb, heç birinə zəng çatmır. Bacımın ölü və ya diri olmağından xəbərim yoxdur”, – G.Əliyeva deyib.
Qaçırılan gəlinin bacısı Big.az-a açıqlamasında R.Mirzəyevin axtarışa verildiyini öyrənən kimi Bakıya qaçdığını deyib:
“Onu hər yerdə axtarırlar. Bacımın 2 yaşlı balası var. Ağlayır, anasını istəyir, sakitləşdirmək mümkün deyil. Anam bunu eşidən kimi infarkt keçirib. Rəhimin atası deyir ki, oğlum ruhi xəstədir, bacıma xəsarət yetirə bilər. Ona görə də təcili tapılmalıdırlar”.
G.Əliyeva Rəhim Mirzəyevin fotolarını paylaşaq onları görənlərdən 050 893 87 33 nömrəsi ilə əlaqə saxlamalarını xahiş edib.(Axar.az)