Sahibkarlığa dəstək məqsədilə xaricdən gətirilən yüklər “yaşıl dəhliz” vasitəsilə Azərbaycana daşına bilər.
AZƏRTAC xəbər verir ki, bu sözləri Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Prezident İlham Əliyevin 4 mart tarixli Sərəncamından sonra iki ay ərzində müxtəlif dövlət qurumları ilə birgə normativ aktların layihələrini hazırlanaraq Prezident Administrasiyasına və Nazirlər Kabinetinə təqdim edilib. Artıq müəyyən işlər gedir və yaxın zamanlarda sahibkarlara kömək məqsədilə müxtəlif dəhlizlər, eyni zamanda yüklərin “yaşıl dəhliz” vasitəsilə Azərbaycana gətirilməsi və rəsmiləşdirilməsi ilə bağlı müvafiq qərar veriləcək.