Türkiyədə Şengen ölkələri ilə viza məhdudiyyətinin ləğvini nəzərdə tutan qanun qüvvəyə minib.
Strateq.az xəbər verir ki, Avropa Birliyinin də razılığından sonra qanunun icrasına başlanılacaq və Türkiyə vətəndaşları Şengen ölkələrinə vizasız gedib-gələcək.
Mayın 4-də Avropa Komissiyası Türkiyə ilə viza danışıqlarının sonuncu mərhələsinə dair hesabata baxacaq. Hesabat müsbət rəy alarsa, hazırlıq prosesinə start veriləcək və iyunun 30-da Türkiyə vətəndaşları üçün viza rejimi aradan qalxacaq.
Bu qərar Türkiyə ilə Avropa Birliyi arasında miqrant sazişinin bir hissəsidir. Viza rejiminin ləğvindən sonra Ankara Avropa Birliyi ölkələrinə köç edən miqrantların bir hissəsini Türkiyəyə qaytarmalı və yeni qaçqın axınının qarşısını almalıdır.