Türkiyə Böyük Millət Məclisində deputatlar arasında növbəti əlbəyaxa dava baş verib.
Dava bir sıra millət vəkillərinin toxnulmazlıq hüququndan məhrum edilməsi barədə debatlar zamanı AKP-li millət vəkilləri ilə HDP-li millət vəkilləri arasında yaşanıb. Bəzi millət vəkilləri dava əsnasında yaralandığı üçün müzakirələrə ara verilib.
Məlumata görə, ilk öncə ədliyyə naziri Bekir Bozdağ keçən həftə yaşanan dava görüntülərini tənqid edib. O, bu görüntülərin vəkillərə yaraşmadığını bildirib. Bundan sonra HDP-li millət vəkili Garo Paylan “şər atırsınız” deyib və komissiyada gərginlik yenidən artıb. Bəzi deputatlar bir-birilərinə plasmas butulkalar atıblar. Millət vəkilləri isə həmkarlarına təpik atıb, yumruqlaşmağa başlayıblar. Dava uzun müddət davam etdiyi üçün Komissiya sədri Mustafa Şentop toplantıya bir müddət ara verib.
Xatırladaq ki, Türkiyə parlamentində ötən həftə də eyni mövzuda aparılan debatlar zamanı dava baş vermişdi.