Daxili İşlər Nazirliyi Zaqatalada xüsusi əməliyyat keçirir.
Azinforum.az xəbər verir ki, keçirilən əməliyyat bir neçə gün əvvəl sahə müvəkkili, 1971-ci il təvəllüdlü Rövşən Sadəddin oğlu Baliyevin iş otağında baş verən partlayışla bağlıdır.
Artıq bir neçə nəfər saxlanılıb. Saxlanılanlar arasında vəhhabi təriqətinin üzvü olduğu ehtimal edilən şəxslər də var.