Bakı meri Hacıbala Abutalıbovun vəzifəsindən azad olunacağı gözlənilir. Şəhər təsərrüfatında bir sıra problemlərin baş qaldırması, Abutalubovun isə artıq əvvəlki illərdəkitək çevik fəaliyyət göstərə bilməməsi onun yola salınmasını yenidən gündəmə gətirib. Etibarlı mənbədən aldığımız məlumata görə, artıq namizədlər də hərəkətə keçib.
Xətai, Nərimanov, Səbayel İcra Hakimiyyəti başçıları Razim Məmmədov, Abdin Fərzəliyev, Eldar Əzizov şəhər meri vəzifəsini arzu etsələrdə, həmin “posta” real namizəd kimi Dəmiryol idarəsinin rəhbəri, millət vəkili Cavid Əsgərovun adı daha çox hallanır. Bu da səbəbsiz deyil… Belə ki, C.Əskərov öz yaxın ətrafına dəmiryol sahəsində müvəqqəti oldugunu söyləyib.O, bu sahədə müəyyən islahatlar aparıb, Bakı Dəmiryol vağzalında əsaslı təmir işlərini yekunlaşdırdıqdan sonra yeni vəzifəyə təyinat alacağına inanır. Ancaq C.Əskərovun hələlik etimadı doğrultmaması açıq-aydın görünür.
Hələlik rəhbərlik etdiyi sahəyə yeni nəfəs gətirə bilməyən C.Əskərovun işi qənaətbəxş hesab edilmir. Baki Dəmiryol vağzalında aparılan təmir, abadlıq işlərinin ləngiməsi də millət vəkilinin arzusunu gerçəkləşdirməyə bilər.
Nicat Sadiq