Naxçıvanda 21 yaşından gənc şəxs avtobus sürücüsü ola bilməz

0
6

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”nda dəyişikliklər edib.

Dəyişikliklərə əsasən, sərnişin daşıma ilə bağlı avtonəqliyyat vasitələrini idarə edən sürücülərin yaş həddi 19-dan 21-ə qaldırılıb, avtonəqliyyatı idarəetmə təcrübəsi isə bir ildən iki ilədək artırılıb.

Bundan başqa, taksi minik avtomobillərinin sürücülərinə etik davranış və avtomobil nəqliyyatı ilə sərnişindaşımalarını tənzimləyən normativ-hüquqi aktlara dair xüsusi hazırlıqların keçirilməsinin Naxçıvan Muxtar RespublikasınınNəqliyyat Nazirliyi tərəfindən aparılacağı müəyyən edilib.