“2016-cı il isə dərin iqtisadi islahatlar ilidir. İslahatlar dərinləşir, biznes mühiti yaxşılaşır”.
Bu sözləri Azərbaycan prezidenti İlham Əliyev Ağsu Rayon Mərkəzi Xəstəxanasının yeni binasının açılışında çıxışı zamanı bildirib.
Dövlət başçısı bildirib ki, ilin əvvəlindən 30 mindən çox yeni iş yeri açılıb. İşsizliyə qarşı mübarizə aparılır və yeni müəssisələr, sənaye sahələri, zavodlar, fabriklər açılır. Gələcəkdə sənaye potensialımızın artırılması, kənd təsərrüfatının inkişafı yeni bir vəziyyət yaradacaq.
“Azərbaycanda sosial məsələlər uğurla həll olunur. Sosial məsələlərin həlliniAzərbaycan dövləti daim diqqət mərkəzində saxlayır. Baxmayaraq ki, dünyada iqtisadi, maliyyə böhranı yaşanır, neftin qiyməti 4 dəfə aşağı düşübdür, bu il Azərbaycanda maaşlar və pensiyalar 10 faiz artırılıbdır.
Əlbəttə ki, sosial məsələlərin həlli üçün güclü iqtisadi imkanlar olmalıdır. Azərbaycan bu istiqamətdə də liderlik göstərir. Dünya miqyasında iqtisadi artım templərinə görə biz ön plandayıq”.