Ramiz Tağıyev:“Görüşdüyüm çox səlahiyyətli yetkili “Millətim” qəzetində MTN barədə yazıları dayandırmağı tələb etdi”

0
8

“Eldarın,Hilalın,Elçinin,Çovdarovun gədə-güdələri yenə at oynatmaqdadır?!”

Ramiz Tağıyev:“Görüşdüyüm çox səlahiyyətli yetkili “Millətim” qəzetində MTN barədə yazıları dayandırmağı tələb etdi”

Tanınmış siyasətçi, Canımız Azərbaycan Naminə Partiyasının (CANP) sədri Ramiz Tağıyev sosial şəbəkədə narahatlıq dolu status paylaşıb. O, hələ də keçmiş MTN-nin gizli qüvvələri tərəfindən təqib edildiyini bildirib. Statusdan belə başa düşülür ki, MTN-nin cinayətkar şəbəkəsinə daxil olan şəxslərin bəziləri barəsində hələ də ölçü götürülməyib. R.Tağıyev hətta hakimiyyətin yüksək sayılan postlarında da, keçmiş MTN-nin cinayətkar şəbəkəsinə daxil olan şəxslərin hələ də təmsil olunduğuna işarə vurub. Aktuallığını nəzərə alıb, statusu olduğu kimi oxucularımızın nəzərinə çatdırırıq.

“MTN mənə və yaxınlarıma sözün əsil mənasında zülm yaşatdı.Yaxınlarım MTN başkəsənlərinin göstərişi ilə işlərindən azad edilib,təqib olundular.Bu gün də onların pozulmuş haqları bərpa olunmayıb.Bu azmış kimi hazırda təqib olundugumu açıq-aşkar hiss edirəm.Telefonumun dinlənildiyini mənə telefon açan hər kəs anlayır. Kimdir bunlar? Yoxsa Eldarın,Hilalın,Elçinin,Çovdarovun gədə-güdələri yenə at oynatmaqdadır? Düşünürəm ki,cinayətkar şəbəkə hələ güclüdür və əlləri hər yerə uzanır. Əlbəttə,bunu söyləməyim təsadüfi deyil.10 il ərzində dəfələrlə MTN-nin Antiterror Mərkəzinin quldur dəstəsiylə qarşı-qarşıya gəlməli ,onların cinayətkar əməllərinin qurbanı olmalı oldum.Haqq səsimi nə dünən,nədə ki,bu gün kimsə eşitmək istədi. Bu bir faktdır ki,cinayətkar şəbəkəni açıq ifşa etməyim ölkə iqtidarında və müxalifətində olan onlarla insanı Mahmudovun cinayətkar şəbəkəsindən xilas etdi. Həbsxanada belə davamı bir an belə olsun dayandırmadım. MTN-nin günahsız qurbanları barədə məlumatlar toplayıb, KİV-lərə ötürə bildim.Təbii ki,cəzam daha sərtləşdirilir, cəzaçəkmə müəssisəm dəyişdirilir, aylarla “kars”larda saxlanılırdım. Bəli, bu gün ürək ağrıdan odur ki, nə iqtidar, nədə ki, müxalifət ömrünün 10 ildən artıq bir zamanını MTN-nin quldur dəstəsiylə mübarizəyə həsr etmiş Ramiz Tağıyevlə maraqlanıb, həmin davanın kökündə nələrin dayandığını öyrənməyə maraq göstərmədi. Səbəbi aydındır. Hər iki tərəfdə MTN şəbəkəsinin üzvləri kifayət qədərdi.
Yaxşı xatırlayıram, sonuncu dəfə həbs edilməyimə bir neçə ay qalmış, 2010-cu ilin mart ayında məni Prezident Administirasiyasına dəvət etdilər. Görüşdüyüm çox səlahiyyətli yetkili “Millətim” qəzetində MTN barədə yazıları dayandırmağı tələb etdi. Ən maraqlısı isə həmin səlahiyyətlinin məndən həm də “Yeni Müsavat”ın baş redaktoru Rauf Arifolunu tənqid edən yazıları dayandırmağımızı xahiş etməsi oldu. Hər iki mövzu “Millətim”də davam etdiyindən çox keçmədi ki, məni qondarma ittihamlarla 8 il həbs cəzasına,”Millətim” qəzetini isə “reket” adına layiq gördülər. Bunu kimlər etdi? Sirr deyil ki,bəziləri cəzalandırılsada, MTN-nin reket tör-töküntüləri hələ də müxtəlif sahələrdə at oynatmaqdadırlar”.

Nicat

LEAVE A REPLY