Zərrabı həbs etdirən hind prokuror heç bir davada uduzmayıb

0
5

Zərrabı həbs etdirən hind prokuror heç bir davada uduzmayıb

İran əsilli türk vətəndaşı Rza Zərrabı həbs etdirən prokuror Prit Bharara Türkiyədə haqqında ən çox danışılan adamlarından birinə çevrilib.
“Qafqazinfo” xəbər verir ki, Zərrab əleyhinə 21səhifəlik iddianaməni hazırlayan Bharara Amerikanın ən məşhur prokurorlarından biridir. O adını əsasən diplomatları, siyasətçiləri və 2008- ci ildə qlobal iqtisadi böhrandan sonra 100-ə yaxın bankçını həbs etdirməklə məşhurlaşdırıb.
48 yaşlı Hindistan əsilli Prit Bharara 2009- cu ildə Nyu-York prokuroru olub. 25 fərqli ölkəyə göndərdiyi təhlükəsizlik qüvvələri ilə birgə silah və narkotik ticarətində günahlandırılanları Nyu-Yorka gətizdirərək hakim qarşısına çıxardıb. 11 sentyabr 2001- ci ildə Amerikada baş verən terror hadisəsindən sonra Amerika məhkəməsinin terror təşkilatları barəsində daha ciddi tədbirlər görməsi barədə çıxışı Vaşinqtonla Moskva arasında krizə səbəb olub.
“Wall Street Şerifi və “Küçə döyüşçüsü” ləqəbləri ilə tanınan Prit Bharara Amerikanın ən məşhur prokuroru olaraq Nyu-Yorkun gələcək başqan namizədlərindən biridir. P. Bharara indiyə kimi iştirak etdiyi heç bir davanı uduzmayıb. O, Harvard universitetini bitirdikdən sonra Nyu-Cersi universitetinin hüquq fakültəsində təhsil alıb.
1993- cü ildən 2000- ci ilə kimi Nyu-York bürolarında vəkillik edib. Mafiya ailələrinə qarşı məhkəmə işlərində iştirak edib. O maliyyə təşkilatlarını dizə gətirən bir prokuror kimi tanınmaqdadır. Dünyanın ən zəngin adlarından olan amerikalı iş adamı Stiv Cohenin şirkəti olan “ Sac Capital”, məşhur investor Raj Rajaratnam, Goldman Saks və qlobal özünə qulluq məmulatları şirkəti olan P&G prokuror Bhararanın məhkum etdiyi şirkətlər və adlar sırasından sadəcə bəziləridir. “Ölüm taciri” olaraq anılan, həyatı məşhur “Savaş tanrısı” filminə çəkilən rus silah tüccarı Viktor Buot da Bhararanın həbs etdirdiyi şəxslərdəndir. Onun həbsə göndərdiyi şəxslər arasında radikal dinçi terrorçu olan Üsəma Bin Ladenin kürəkəni Süleyman Əbu Geyt də var.
Amerikada izlənmə rekorları qıran “Billions” filmində iştirak edən prokuror Çak Ruoders xarakterinin Bhararanın prototipi olduğu bildirilir. Gənc hüquqçuların idealı halına gələn Prit Bhararanın ofisi Amerikanın ən məşhur vəkil bürolarının ofislərindən belə daha çox işçi elanı qəbul edir, ən yaxşı fakültələrin məzunları orada işləmək üçün mübarizə aparır.

LEAVE A REPLY