UEFA rəsmisi:”Terror olmayacağına zəmanət verə bilmərik”

0
6

UEFA rəsmisi:”Terror olmayacağına zəmanət verə bilmərik”

Son vaxtlar baş verən terror hadisələri yayda Fransada keçiriləcək futbol üzrə Avropa çempionatında təhlükəsizlik məsələlərini gündəmə gətirib.

Strateq.az xəbər verir ki, qitə turnirinin azarkeşsiz keçirilmə ehtimalı da var.

Avropa futbol qurumu prezidentinin köməkçisi Ciankarlo Abete “Radio24″ə açıqlamasında məsələylə bağlı fikirlərini bildirib. O, terror təhlükəsi səbəbindən Avropa çempionatının arxa plana keçirilməyəcəyini, lakin oyunların azarkeşsiz təşkil olunma ehtimalının olduğunu bildirib:

“Yarışlar vaxtı terrorun olmayacağına zəmanət verə bilmərik”.

Qeyd edək ki, iyunun 10-da start götürəcək və bir ay davam edəcək Avropa çempionatının oyunları Fransanın Bordo, Lans, Lill, Lion, Marsel, Nitsa, Paris, Sent-Etyen və Tuluza şəhərlərində keçiriləcək.

LEAVE A REPLY