Nemət Pənahlı azadlığa buraxılıb –FOTOLAR

0
3

Nemət Pənahlı azadlığa buraxılıb –FOTOLAR

Martın 17-də Prezident İlham Əliyev tərəfindən imzalanmış əfv sərəncamının icrası davam edir.

Musavat.com-un verdiyi məlumata görə, əfv siyahısında adı olan məşhur siyasilərdən biri də, Azərbaycan Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlıdır.

Partiya sədri bu gün səhər saatlarında Penitensiar xidmətin müalicə müəssisəsindən azadlığa buraxılıb. Onu ailəsi ilə yanaşı, bir çox təfədarı qarşılayıb, ayaqlarının altında qurban kəsiblər.

Partiya sədri azadlığa çıxdıqdan sonra həbsdə olarkən dünyasını dəyişmiş valideynlərinin Ramana qəbristanlığındakı qəbirlərini ziyarət edib. Daha sonra o, Şəhidlər Xiyabanını da ziyarət edib.

LEAVE A REPLY