ABŞ əfv fərmanını alqışlayır –Dövlət Departamenti

0
5

ABŞ əfv fərmanını alqışlayır –Dövlət Departamenti

ABŞ Azərbaycanda fəalların, jurnalistlərin və siyasi partiya üzvlərinin azadlığa buraxılması kimi müsbət addımını alqışlayır.

Bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Con Kirbinin bəyanatında deyilir.

“Həbsdən azad edilmişlər arasında tanınmış hüquq müdafiəçisi Rəsul Cəfərov, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin sədri Anar Məmmədli, jurnalist Hilal Məmmədov, Musavat Partiyasının sədr müavini Tofiq Yaqublu var.

Jurnalist Rauf Mirqədirov da şərti azadlığa buraxılıb. Biz Azərbaycan hökuməti ilə əlavə müsbət addımlar üzərində işləməyə hazırıq”.

LEAVE A REPLY