Şor qoğal resepti-VİDEO
Ərzaq:
30 qr maya
1 ədəd yumurta
0,5 litr qızdırılmış süd
1 kq un
250 qr yağ
İçi üçün:
Buğda unu, duz, sarıkök, istiot, razyana, cirə, ərinmiş yağ.
Hazırlanması:
Şor qoğalı üçün kündələrin sayı mütləq deyil, amma 8-dən az olmamalıdır. Kündələr nazik yayılır, taxtanın üstünə qoyulub hər laya yağ sürtülür. Laylar üst-üstə yığılır. Sonuncu laya yağ sürtülmür. Layları iri kvadratlara doğranıb rulet kimi bükülür. Bükümlər burub yastılanır və kisəcik şəklinə salınırlar. Kisəciyin içinə iç qoyub, qıraqlarını yığılır və kökə şəklinə salınır.
Ortasında işarə barmağı ilə çuxur açıb bir az içdən qoyun. Səthinə çalınmış yumurta sürtülür, xaşxaş səpilir və 180 dərəcə qızdırılmış sobada 20-25 dəq. bişirilir (qızaranadək).