Azərbaycanlı qız Ankara terrorunda yoxa çıxıb -ŞOK OLAY
Martın 14-də Türkiyənin paytaxtı Ankarada törədlimiş terror aksiyasından sonra bu şəhərdə qonaq olan Azərbaycan vətəndaşı sumqayıtlı qızdan heç bir xəbər yoxdur.
Bu barədə Turkustan.info saytında həmin qızın yaxınları məlumat verib. (Qeyd edək ki, qızın adı və haqqında ətraflı məlumat bizə məlumdur. Lakin, hazırda axtarış səbəbindən onu tanıyanlarda təşviş yaratmamaq üçün anonim saxlayırıq).
Yaxınlarının bildirdiyinə görə sumqayıtlı qız Türkiyənin başqa bir şəhərində universitet tələbəsidir. Həmin gün rəfiqəsinin dəvəti ilə Ankaraya gəlib. Ailəsi ilə telefon danışıqları olub. Lakin, məlum partlayışdan sonra onun telefonuna zəng çatmır. Bir sıra əlaqədar qurumlara müraciət olunmasına baxmayaraq hələlik heç bir xəbər yoxdur.