“Türk Hava Yolları” Bakı, Gəncə, Naxçıvana endirim kampaniyasıelan edib
“Türk Hava Yolları” Azərbaycanın Bakı, Gəncə, Naxçıvan şəhərlərinə endirim kampaniyası elan edib.
AZƏRTAC xəbər verir ki, bu barədə “Türk Hava Yolları”nın Bakı nümayəndəliyindən bildirilib.
Belə ki, sərnişinlər hər iki istiqamətə qiyməti 119 avrodan 169 avroya qədər olan biletləri endirimlə əldə edə bilərlər. Bundan əlavə Balkan yarımadasında – Belqrad, Buxarest, Lyublyana, Podgoritsa, Priştina, Sarayevo, Sofiya, Tirana, Varna və Zaqrebə 109 ABŞ dollarından başlayan qiymətlərlə, Ukraynanın Dnepropetrovsk, Xerson, Kiyev, Lvov, Odessa və Zaporojye şəhərlərinə 99 dollardan başlayan qiymətlərlə hər şey daxil olmaqla gediş-gəliş üçün də bu endirim kampaniyası tətbiq edilir.
Qeyd edək ki, endirimlər martın 14-dən 27-dək satılan biletlərə şamil ediləcək, uçuşlar isə aprelin 1-dən mayın 31-dək həyata keçirilməlidir.