“Bunun nəyi devalvasiya deyil?”

0
5

“Bunun nəyi devalvasiya deyil?”

AXCP sədri Əli Kərimli manatın yenidən dəyər itirməsini növbəti devalvasiya təhlükəsinin xəbərçisi adlandırıb.

Bu barədə AXCP sədri “Feysbuk” səhifəsində çıxış edib.

O, manatın günü-gündən dəyər itirməsini 3-cü devalvasiyanın başlanmasıyla əlaqləndirib:

“Dostlar, 3-cü devalvasiyanın artıq başlandığının fərqindəsiniz?

Sadəcə, hakimiyyət bu dəfə daha məkrli davranır. Manatın inzibati yolla ucuzlaşdırılmasına devalvasiya yox, “üzmək” adı qoyub. Ona görə də 3-cü devalvasiya həyatımıza səs-küylə, guppultu ilə deyil, səssizcə, “üzə-üzə” daxil olur. Əslində isə, məhz devalvasiya baş verir. 2-ci devalvasiyadan sonra 1 dollar = 1.55 manat kursu müəyyənləşmişdi. İndi isə 1 dolları siz 1.69 manata ala bilərsiniz. Beləliklə, manat faktiki olaraq daha 9 faiz ucuzlaşıb. Həm də bu məzənnələri bazar yox, Mərkəzi Bank inzibati yolla müəyyənləşdirir. Üstəlik, manatın ucuzlaşması davam edir və edəcək.

İndi siz deyin, bunun nəyi devalvasiya deyil?”.

LEAVE A REPLY