İlham Əliyevin Euronews-a müsahibəsi – Video

0
6

İlham Əliyevin Euronews-a müsahibəsi – Video

Prezident İlham Əliyev bu gün Euronews televiziyasına müsahibə verib.

Jurnalistin “Azərbaycan kimi neft-qaz istehsal edən ölkə üçün iqtisadiyyatı şaxələndirmək neft qiymətləri ilə bağlı hazırki dövrdə biznes modelini dəyişmək nə dərəcədə əhəmiyyətlidir?” sualına cavab verən Prezident Azərbaycanın iqtisadiyyatın şaxələndirilməsi istiqamətindı uzun illərdir ki, çalışdığını qeyd edib: “Əslində biz iqtisadiyyatın şaxələndirilməsi istiqamətində uzun illərdir ki, işləyirik. Lakin hazırda neft qiymətinin çox aşağı olduğu bir dövrdə bu, bizim üçün əsas prioritetə çevrilib. Biz neft və qazdan asılılığı azaltmağa nail olmuşuq. Hazırda neft və qaz bizim ümumdaxili məhsulumuzun cəmi 30 faizini təşkil edir. Lakin bizim hədəfimiz neftin qiymətlərindən asılı olmayan inkişaf modeli yaratmaqdır və bu proses davam edir. Hazırda biz Beynəlxalq Valyuta Fondu tərəfindən dəstəklənən, əsasən qeyri-neft sektoru sahələrini, kənd təsərrüfatı, informasiya texnologiyalarının inkişafı, turizm və digər sahələri əhatə edən geniş islahatlar paketini təqdim edirik. Bu səbəbdən də mən əminəm ki, qarşıdaki illərdə Azərbaycanın neftdən asılılığı daha da azalacaq”.

Daha sonra isə İlham Əliyev “Neft və neftin qiymətinin qlobal təhlükəsizliyə, xüsusilə Yaxın Şərqdə təhlükəsizliyə təsiri sizi nə dərəcədə narahat edir?” sualını cavablandırıb.

“Biz neftin qiymətinin azalması ilə qlobal təhlükəsizlik arasında birbaşa əlaqə görmürük. Lakin sözsüz ki, uzun müddətli perspektivdə neftin qiyməti aşağı olaraq qalsa, bu, bəzi – iqtisadi və sosial problemlərə yol aça bilər. Çünki bəzi ölkələr neftdən gəlir əldə etməyə adət edib. Bu səbəbdən də neft gəlirləri azalsa, bu, büdcə ixtisarlarına səbəb ola bilər. Buna görə də bu, baş verə bilər. Düşünürəm ki, hər bir neft hasil edən ölkənin əsas hədəfi neftdən asılılığı azaltmaq, innovasiyalara, təhsilə və müasir texnologiyalara investisiya yatırmaq, neft və qaz layihələrindənsə müxtəlif başqa layihələri ixrac etməkdir. Bunlar baş tutsa düşünürəm ki, regionda təhlükəsizlik yüksək səviyyədə təmin olunacaq” – deyə, Prezident İlham Əliyev əlavə edib.

LEAVE A REPLY