Xətai rayonundan şikayət var…

0
1

Xətai rayonundan şikayət var…

Redaksiyamıza Xətai rayonu M.Hadi küçəsi, bina 23/24-ün sakinlərindən şikayət daxil olub. Sakinlər bildirir ki, bir neçə mənzil elektirik borcunu vaxtında ödəmədiyindən bütün bina sakinləri işıqsız qalıb.
Belə ki, “Azərişıq”-ın əməkdaşları bütövlükdə binaların işığını kəsərək sakinlərin hamısını işıqsız qoyub. Bu da işıqpulunu vaxtında ödəyən sakinlərə edilmiş haqsızlıqdır. Binanın yuxarı mərtəbələrində yaşayan insanlar liftin işləməməsi səbəbindən mənzillərinə çətinliklə qalxa bilir. Hətta yuxarı mərtəbələrdə yaşayan xəstə, ahıl insanlar evlərinə qalxa bilmir.
Şikayət edən şakinlər bildirdi ki, hazırda yuxarı mərtəbələrdən birində yaşayan sakinə Təcili yardım maşını çağırılıb, amma yuxarı qalxa bilmirlər.
Ümid edirik ki, bu məlumatdan sonra aidiyyatı orqanlar sakinlərin probleminin tezliklə həll olunmasına çalışacaq.

Murad

LEAVE A REPLY