Vasif Talıbovdan daha bir vacib addım –Maaşları artırdı

0
5

Vasif Talıbovdan daha bir vacib addım –Maaşları artırdı

Bu gün Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədri Vasif Talıbov dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əməkhaqlarının artırılması haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq, dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin sosial müdafiəsini gücləndirmək məqsədi ilə qərara alıram:
1. Dövlət büdcəsindən maliyyələşən aşağıda göstərilən təşkilatlarda çalışan rəhbər və digər işçilərin (Vahid Tarif Cədvəli əsasında əməkhaqqı alan işçilər istisna olmaqla) aylıq vəzifə maaşları 2016-cı il martın 1-dən orta hesabla 10 faiz artırılsın:

1.1. Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin “Naxçıvan Mətbəxi” Kulinariya Mərkəzi;

1.2. İcra hakimiyyəti orqanlarının nəzdində mərkəzləşdirilmiş mühasibatlıq;

1.3. Naxçıvan Muxtar Respublikasının Dövlət Arxivi, rayon (şəhər) dövlət arxivləri;

1.4. Naxçıvan Dövlət Film Fondu;

1.5. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi.

2. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti:

2.1. bu Sərəncamın 1-ci hissəsində göstərilən təşkilatlarda çalışan rəhbər və digər işçilərin vəzifə maaşlarının yeni məbləğlərini müəyyən etsin;

2.2. bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif TALIBOV, Naxçıvan şəhəri, 3 mart 2016-cı il

LEAVE A REPLY