Milli Azadlıq Hərəkatının tanınmış siması vəfat edib
Milli Azadlıq Hərəkatının öncüllərindən biri, 1991-93-cü illərdə Naxçıvan Müdafiə komitəsinin sədri və 1994-97-ci illərdə Naxçıvan şəhər İcra hakimiyyəti başçısı vəzifəsində çalışmış Elman Abbasov bu gün vəfat edib. Bu haqda məlumatı saytımıza tanınmış siyasətçi Ramiz Tağıyev verib.
Mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk və Allahdan onlara səbr diləyirik.
Allah rəhmət eləsin!