Səudiyyə Ərəbistanına bir zərbə də Avropadan:”Bu ölkəyə silah satmaq olmaz!”

0
1

Səudiyyə Ərəbistanına bir zərbə də Avropadan:”Bu ölkəyə silah satmaq olmaz!”

Bu səfər hər şey tərsinə olub. İndiyə qədər Avropanın siyasi qurumları ərəbləri ağ yuyub, qara sərirdisə, bu dəfə Ərəb Parlamenti (ƏP) Avropa Parlamentini (AP) qınayıb. Səbəb Avropa Parlamentinin Səudiyyə Ərəbistanına silah satışını yasaqlayan qərar qəbul etməsidir.

Strateq.az xəbər verir ki, Ərəb Parlamenti Avropadakı həmkarını sözügedən qərarı geri çəkməyə çağırıb. Qurumun sədri Əhməd bin Məhəmməd əl-Cerevan bununla bağlı açıqlama verərək, deyib:

“Avropa Parlamentinin belə qəribə və məntiqsiz qərar qəbul etməsi ağıllı hərəkət deyil. Ərəb və Avropa xalqlarını bir-birinə bağlayan əlaqələr və ortaq maraqlar var. Yəməndəki hadisələrlə bağlı qərar qəbul olunurdusa, mütləq ortaq maraqlar və Səudiyyə Ərəbistanının bu ölkədə oynadığı rol nəzərə alınmalıydı. Biz qərarın geri çəkilməsini istəyirik”.
Qərarın Səudiyyə Ərəbistanının Yəməndə vətəndaşları öldürdüyü kimi əsassız iddialara söykəndiyini deyən Cerevanın fikrincə, bu müdaxilənin prezident Əbdurabbu Mənsur Hadinin çağırışı üzərinə reallaşdığını hər kəs tərəfindən bilinir:

“Bu cür qərarlar isə qanunsuz qrupları gücləndirir. Hər gün yüzlərlə insanı öldürən ölkə və rejimlər haqqında verilən belə qərarlara təəccüblənirəm”.

Qeyd edək ki, Avropa Parlamenti keçən cümə axşamı AB ölkələrinə Səudiyyə Ərəbistanına silah satılmasını yasaqlayan qərar layihəsini səsverməyə çıxarmış və layihə 212 əleyhinə, 359 lehinə səslə qəbul olunmuşdu.

Heydər Oğuz

LEAVE A REPLY