Suriya Siyasi Araşdırmalar Mərkəzi:İndiyə qədər 470 min vətəndaş öldürülüb

0
3

Suriya Siyasi Araşdırmalar Mərkəzi:İndiyə qədər 470 min vətəndaş öldürülüb

“Vətəndaş müharibəsi başlayandan bəri 470 min adam öldürülüb, 1.9 milyon suriyalı yaralanıb”.

Bu məlumatı Suriya Siyasi Araşdırmalar Mərkəzi adlı təşkilat yayıb. Təşkilatın hesabatına görə, bu rəqəm ölkə əhalisinin 11.5%-i deməkdir.

Hesabatda həmçinin bildirilir ki, Suriya əhalisinin böyük qismi-10 milyondan çox vətəndaş yurd-yuvasından didərgin düşüb. Onlardan 6 milyondan çoxu ölkə daxilində yer dəyişdirərkən, 4 milyondan çoxu xarici ölkələrə qaçıb.

Suriya İnsan Haqları Müşahidə Təşkilatı isə döyüşlərdəki can itkisinin 370 min olduğunu bildirmişdi.

LEAVE A REPLY