Ölkəyə gətirilən kərə yağı gömrükdə kiloqramı 1 dollar 62 sentə rəsmiləşdirilir –Gömürk Komitəsi
2015-ci ildə Azərbaycan gömrüyündə kərə yağlarının 1 kiloqramının qiyməti $1,62-a rəsmiləşdirilib. Bundan başqa, idxal qiymətləri 2014-cü ildəkindən 36,5% ucuz olub.
Pərakəndə satışda isə malın 1 kq-ı $6-dan ucuz olmayıb.
Gömrük Komitəsinin məlumatına görə, ötən il kərə yağlarının idxalı 40,2% artıb. İl ərzində 13 793,8 ton məhsul idxal edilib. Bunun 9839,3 tonu Yeni Zelandiyanın payına düşür. (Turan)
Ötən il Azərbaycanın süd şirkətləri 248,8 ton kərə yağı ixrac edib. Bu, 2014-cü ildəkindən 2,3 dəfə çoxdur. Mal gömrükdə 2,02$/kq-a rəsmiləşdirilib. 2014-cü ildə Azərbaycan yağının 1 kq-ı gömrükdə $3,57-a bəyan edilib.
Kərə yağı üçün gömrük rüsumu və vergisi 36%-dir. Beləliklə, kobud hesablama aparsaq, kərə yağı üzrə vergidən yayınma $20 mln-dan az deyil.
Dövlətstatkoma görə, 2015-ci ildə Azərbaycanda ev təsərrüfatları nəzərə alınmaqla kərə yağı istehsalı 2,6% artaraq 23,7 min ton təşkil edib.