Gürcüstanda sabiq naziri ayaqlarından güllələdilər

0
1

Gürcüstanda sabiq naziri ayaqlarından güllələdilər

Diplomatın məzarı üstündə şok hadisə

Gürcüstanın Avropa məsələləri və avrointeqrasiya üzrə keçmiş dövlət naziri Aleksi Petriaşviliyə hücum olub.
Bu barədə informasiyanı Gürcüstanın Daxili İşlər Nazirliyi yayıb.
Nazirlik naməlum şəxslərin Petriaşviliyə yaxınlaşaraq, onu təhqir etdiklərini, daha sonra isə hər iki ayağından güllə ilə vuraraq qaçdıqlarını bildirib.
Petriaşvili hücuma məruz qalan zaman üç dostu ilə bərabər mərhum diplomat Levan Mikeladzenin məzarı üstündə olub(Axar.az).
Qeyd edək ki, Petriaşvili həm də Gürcüstanın üçüncü ən böyük partiyası hesab edilən Azad Demokratların liderlərindən biridir.

LEAVE A REPLY