İşıqlı Atalı
Faciədən çıxmaq
Dünya ermənilərə qucaq açdığı dərəcədə xəyanətkarlığa, bicliyə, insansızlığa meydan verir.
Dünya siyasət oyunu oynayır, çünki həqiqətlə var olmaq istəmir. Həqiqət əsasında yaşamaq isə uluslardan (xalqlardan) hünər tələb edir.
İnam Ata (Asif Ata) «Mütləqə İnam» kitabında insandakı şərin obrazını belə təsvir edir: «Cəsarət libasında cinayət! Ləyaqət libasında qəbahət! İnsanı vətəndən ayırmaq. Yalançı dirilik dəhşəti. Mənəvi işgəncə! Cismani işgəncə! Qorxudan işgəncə! Sarsıdan işgəncə! Xəyanət çirkabı. Süni həqiqət çirkabı.
Böhtan toxumu səpmək. Nifaq toxumu səpmək. Nifrət toxumu səpmək. Eybəcər olub gözəl görünmək! Qəddar olub məsum görünmək! Qara olub ağ görünmək! Ölü olub sağ görünmək!»
Buradakı bütün şər cəhətləri erməni xalqına aid edə bilərik. Doğrudan da ermənilər pis xalq olduqlarını sübut etdilər.
***
Hər hansı milli faciə millətin ardıcıl olaraq ayaqda dura bilməməsindən, məsuliyyətsizliyindən yaranır. Tarixən böyük milli özünütəsdiqlərimizlə yanaşı, arxayınlıqlarımız da çox olub. Yaratdıqlarımızı yaşada, artıra bilməmişik. Özümüzü xalq olaraq ardıcıl yetişdirməmişik. Xalq olmaq məsuliyyətimizi unutmuşuq. «Azadlığın təməli – məsuliyyətdir» (Asif Ata). Yəni azad olmaq istəyirsənsə, məsuliyyətli olmalısan.
Arxayınlıq – məsuliyyətsizlikdən yaranır. Məsuliyyətsizlik isə fərdin örnəyində xalqın məqsədsizliyi, xalq kimi var olmaq istəməməsi, bu haqda düşünməməsidir.
Məsuliyyət fərddən başlayır, xalqda təsdiqini tapır, bəşəriliyə layiq olur.
***
Biz türklər faciələrimizi təəssüf ki, ənənələşdirmişik. Sanki faciəsiz yaşamağı təsəvvür edə bilmirik. Məqsəd isə faciədən çıxmaq olmalıdır.
Faciədən çıxmaq – fərdin və millətin özünə məsul olmasından başlayır. Bu, fərdin biryolluq özünü, ulusunu əbədi milli ideya əsasında qurması, doğruçu, güzəştsiz yaşaması, xalq olmaq borcunu unutmamasıdır.
Ümidsizliyi aşmaq gərək! Yüzillər boyunca təəssüf ki, gələcəyə qaranlıq baxmışıq.
***
Xocalı qırğını – erməninin şəxsində insan yırtıcılığıdır.
Xocalı qırğını – türkün örnəyində insan faciəsidir.
Xocalı faciəsində erməninin yırtıcılığı, qaniçənliyi, amansızlığı, türkə qarşı sonsuz nifrəti üzə çıxdı, erməniliyin nədən ibarət olduğunu bütünlüklə göstərdi.
Ona görə də Asif Ata deyir: «Erməninin sabahı yoxdur». Ata habelə Xocalı faciəsinə belə dəyər verir: «Beyniyalın sərkərdəlik. Əliyalın müdafiə».
***
Erməni xalqının insani-milli keyfiyyəti yoxdur: Xocalı faciəsi ilə o, bunu sübüt etdi.
Ruhən güclü olmağımız hər sahədə təsdiqini tapmalıdır. Dərdi dərindən duymaq, idrakla yaşamaq gərək. Gərək dərdinlə bir olasan ki, dərd belini əyməyə. Dərdi çəkənlər azalıb çağımızda.
Xocalı da 20 Yanvar kimi dərs götürüləsi faciədir.
Ağlamaq, sızlamaq yox, faciəni ötmək gərək!
Var olmaq üçün həyatın, yaşamın hər sahəsində özümüzünkünü yaratmalı, gerçəklikdən üstün olmalıyıq.
***
Əgər bəşəriyyət insanlaşsa – Xocalı faciəsi erməninin başına qaxınc, insanlaşmasa – yeni bəşəri faciələr üçün örnək olacaq.
Erməninin qatilliyini, yırtıcılığını qınamaq üçün var gücümüzlə çalışmalıyıq. Erməni indi də Xocalıda törətdiyi yırtıcılığa qəhrəmanlıq kimi baxır. Ancaq bu, onun üçün heç vaxt bəraət imkanı olmayan dəhşətli üzqaralığı, bəşəri cinayətdir.