Rusiya-Türkiyə əməkdaşlığının sonu – Hərbi sahədə
Rusiya Federasiyası Türkiyə ilə xidməti müqavilələr də daxil olmaqla hərbi-texniki əməkdaşlığa son qoyub.
Bu barədə Rusiya prezidentinin hərbi-texniki məsələlər üzrə müşaviri Vladimir Kojin İnterfaks agentliyinə verdiyi müsahibədə bildirib.
“İki ölkə arsında silah çatdırılması və artilleriya sistemlərinin ixracı barədə razılaşma var idi. Bütün bu müqavilələrə son verilib. Hadisələr Rusiya prezidentinin dediyi rakursda dəyişməyənə qədər heç bir danışıq və müqavilə olmayacaq”, – deyə Kojin diqqətə çatdırıb.
Moskva və Ankara arasında münasibətlər ötən ilin noyabırında Rusiyaya məxsus Su 24 təyyarəsininn Türkiyə-Suriya sərhədində vurulmasından sonra gərginləşib.
Bundan sonra Rusiya Türkiyəyə qarşı müxtəlif sahələri əhatə edən sanksiyalar tətbiq edib. 2015- cil ilin 28 noyabrında Putin tərəfindən sanksiyalar haqqında verilən sərəncam 1 yanvar 2016-cı ildə qüvvəyə minib.