Ankara üçün ikinci terror hücumu həyəcanı
Prezident və baş nazirin iqamətgahı hədəfdədir
PKK terror təşkilatının Suriya qolu olan PYD-nin bombalı terror hadisəsi törədəcəyi haqda məlumat yayılıb.
Hüquq-mühafizə orqanları Türkiyənin paytaxtı Ankarada 28 nəfərin öldüyü terror hadisəsini törədən PKK-nın Suriya qolu PYD-nin yeni terror hadisələri törətmələri haqda məlumat əldə edib. Hədəflər arasında prezident və baş nazirin iqamətgahları ilə yanaşı Türkiyə parlament binasının da olduğu deyilir.