Hakan Şükürün 4 il həbsi tələb olunur

0
3

Hakan Şükürün 4 il həbsi tələb olunur

“Qalatasaray”ın əfsanəvi futbolçusu və sabiq millət vəkili Hakan Şükür həbs oluna bilər.

Lent.az-ın məlumatına görə, H.Şükür fevralın 15-də sosial şəbəkələrdə prezident Rəcəb Tayyib Ərdoğanla bağlı təhqiredici paylaşımlar edib.

Bununla bağlı cinayət işi qaldırılıb. Bakırköy Ədalət Məhkəməsində keçirilən prosesdə şikayətçi qismində Ərdoğanın vəkilləri və Bekir Savran adlı vətəndaş olub.

Bekir Savran izahatında bildirib ki, keçmiş futbolçu sosial şəbəkədə prezident və oğlu barədə təhqiredici məlumatlar paylaşıb.

Hakan Şükür isə paylaşımlarında prezidenti nəzərdə tutmadığı bildirib. Məhkəmə işi baxışa verilib.

Xatırladaq ki, Hakan Şükür bu cinayəti təsdiqlənərsə əfsanəvi futbolçunun 1 ildən 4 ilə qədər həbs cəzası gözlənilir.

LEAVE A REPLY