Azərbaycanda təhlükəli “Snikers”, “Mars” satılır?
Almaniyada “Snikers” batonlarının tərkibində qırmızı plastikin aşkarlanması böyük qalmaqala səbəb olub.
Bundan sonra “Mars” kompaniyası “Snikers”, “Mars”, “Milki way” və “Celebrations” şokalad batonlarının geri çağrılması barədə qərar verib.
Moderator.az xəbər verir ki, şirkətin rəsmi səhifəsində qeyd edilən məlumata görə, adları çəkilən şokalad batonlarının geri çağırılması yalnız Niderlanddakı fabrikdə istehsal edilən məhsullara aiddir.
“Geri çağrılma yalnız 2015-ci il dekabrın 5-i və 2016-ci il yanvarın 18-i tarixlərində Niderland fabrikində istehsal olunan məhsullara aiddir. “Mars” məhsullarına bu təsir az olsa da, fabrikdən “duty free” də daxil olmaqla çox ölkələrə mal satılıb. Yalnız qablaşdırmada “Mars Netherlands” qeyd edilən məhsullar geri çağırılır.
“Snikers”, “Mars”, “Milki way” və “Celebrations” şokalad batonları Azərbaycana Niderlanddan gətirilmir. Amma yenə də bu məhsulları alarkən onun harada istehsal edildiyinə diqqət yetirmək lazımdır.