Axşam yeyərək də arıqlamaq mümkündür – 5 DETALI UNUTMAYIN

0
3

Axşam yeyərək də arıqlamaq mümkündür – 5 DETALI UNUTMAYIN

Maddələr mübadiləsinin zəifləməsinə səbəb olacağı üçün axşam yeməyini yemədən yatmayın. Həm də axşam yeməyini bir az erkən saatda yeyin, beləcə, yatağa uzandığınızda həzm prosesi çoxdan bitmiş olacaq.

Yatmadan əvvəl belə arıqlamaq mümkündürmü? Əlbəttə ki, mümkündür. Maddələr mübadiləniz hər an aktiv vəziyyətdədir. Sizin etməli olduğunuz isə onu hərəkətləndirmək üçün bəzi detallara diqqət etməkdir. Arıqlamaq deyəndə, günün bütün dəqiqələri önəmli hesab edilir. Buna görə bəzi kiçik ipuclarını ağlınızda saxlamaqda fayda var.
Aile.lent.az yuxudan əvvəl arıqlamaq üçün bir-iki məsləhət təqdim edir.

Axşam yeməyinin faydası

Bir çox insan daha asan arıqlayar deyə axşam yeməyini yemir. Ancaq bilməlisiniz ki, axşam yeməyi yeməyərək, qarşıdakı 10 saat üçün bədəninizə heç bir qida verməmiş olursunuz. Bunun da iki ciddi nəticəsi var. İlk və önəmlisi – sağlam qidalanma rejiminə sahib deyilsiniz. İkincisi, maddələr mübadiləsini yavaşlatmış olursunuz.

Axşam yeməyini yatmadan iki saat əvvəl yeyin

Yüngül qidalar yeyin, az, amma balanslı yeyin. Bəzi insanlar isə bunu “ancaq salat yemək lazımdır” deyə başa düşürlər. Bu, yanlışdır. Axşam yeməyiniz lif, protein, vitamin və karbohidrat tərkibli olmalıdır.

Salatlarda diqqətli olun. Çünki günün son saatlarında bədən onları tam həzm edə bilməz. Tərəvəz şorbaları salatların yerinə daha yaxşı alternativ sayıla bilər. Darçınlı balqabaq şorbası, ya da sarımsaqlı, yulaflı balqabaq şorbası.

Yarım saat gəzinti

Yorulana qədər qaçmağınız vacib deyil. Ehtiyacınız olan tək şey maddələr mübadiləsini hərəkətə keçirmək və bir az rahatlamaqdır. İri addımlarla hərəkət edin və dərindən nəfəs alın. Günün irəliləyən saatlarında edəcəyiniz gəzinti gərginliyinizi azaltmağa və gün içində yaşadığınız hər hansı bir problemdən xilas olmanıza yardımçı olur. Bildiyiniz kimi, stress sağlamlığın və ideal bir kiloya sahib olmağın ən böyük düşmənlərindən biridir.

Rahatladıcı duşun faydaları

Qaçışdan sonra rahatladıcı isti duş mükəmməl bir fikirdir. Bunun sayəsində bədəninizdəki toksinlərdən qurtulacaqsınız. Dərinizi vitamin və minerallara qidalandıracaq. Özünüzü yenilənmiş və enerjik hiss edərsiniz.
Bu cür duş iltihablardan qurtulmanıza və arıqlamanıza, günü kefli bir şəkildə sonlandırmağa kömək edir. Vanna suyuna 100 qr karbonat, 5 damcı lavanda yağı, 100 qr dəniz duzu, 1 yemək qaşığı rəndələnmiş zəncəfil əlavə edin. Yarım saat bu suyun içində qalın və necə rahatlayacağınızı görəcəksiniz.

Arıqlamaq üçün günü sonunda içə biləcəyiniz çaylar

Yatmadan əvvəl kefini çıxara biləcəyiniz bir çox ləzzətli və təbii çay var. Daha çox yağ yandırmanıza kömək edəcək, bədəninizin ehtiyacı olan vitaminlə təmin edəcək və bununla da rahatladacaqr. Onlardan ən yaxşılarını təqdim edirik:

Çöl qarağatı çayı: Qan şəkəri səviyyəsini aşağı salır, dincəlmənizə yardım edir.

Anason çayı: günün gec saatlarında bu çayı içdiyinizdə daha rahat yatmanıza yardım edir və axşam yeməyində yediyiniz yağları yandırırsınız.

Gül çayı: Gül çayı antioksidan baxımından yaşıl çaydan daha zəngindir və heç kofein tərkibli deyil.

Yaxşı bir yuxu üçün hazırlaşın

Gözəl bir gecə yuxusu arıqlamanıza yardım edir. Gecə boyunca limfatik sisteminiz bədəninizi təmizləmək üçün önəmli sayılır. Daha yaxşı yatmaq üçün otaq istiliyi 20-24 olmalıdır. Kompüter və mobil telefon kimi cihazları 2 saat əvvəldən kənara qoyun.

LEAVE A REPLY