ABŞ Rusiyanı yeni sanksiyalarla hədələdi:«Razılaşma pozulsa…»
ABŞ Rusiyanı yeni sanksiyalarla hədələyib. Obama Administrasiyasından bildiriblər ki, Suriyada atəşkəs rejiminə dair sazişin pozulacağı təqdirdə Rusiyaya qarşı iqtisadi sanksiyalar sərtləşəcək.
Bu barədə «Wall Street Journal» qəzeti Obama Administrasiyasındakı mənbəyə istinadən məlumat yayıb:
«Biz həmişə bəyan etmişik ki, Rusiyanın sözünə yox, əməlinə baxırıq. Bu yanaşma Suriyadakı atəşkəs üçün də keçərlidir. Münaqişənin faciəvi tarixini nəzərə alsaq, ehtiyat planlar hazırlamalı olmuşuq. Hər şey aydın olmalıdır. Bizim fəaliyyətimiz Rusiyanın əleyhinə yönəlməyib. Lakin Vaşinqton Kremlin Bəşər Əsəd rejiminə dəstəyinə qarşıdı. Əgər bu xətt dəyişməsə, Rusiya özünü pis vəziyyətə salmış olacaq”.