13 günə 20 kilo arıqla! – İsveç pəhrizi
Getdiyimiz hər yerdə mütləq söhbət dolaşıb gəlib pəhrizlərə çıxır. Dünyanın ən məşhur pəhrizlərindən biri məhz İsveç pəhrizidir. Bəs bu pəhriz necə olur, neçə kiloqram atmaq mümkündür, sağlamlığa zərəri varmı? Qadin.az bu dəfə oxucalıran məşhur İsveç pəhrizindən yazır.
İsveç pəhrizi 6-13 gün arası saxlanılır, 3 aydan bir təkrarlanması vacibdir. Az kalorili yeməklər yeyilir, üstünlük protein əsaslı qidalara verilir. Məqsəd az kalorili qidalar yeyib, proteinin həzmi sürətləndirərək tez arıqlamaqdır. Bu pəhrizi saxlayanlar iki həftəyə 7-20 kq arası arıqlaya bilirlər.
Qaydalar
1. Qəhvə, çay və spirtli içkiləri az içməli.
2. Gündə 2 litr su içməli.
3. Pəhrizi 13 gündən çox saxlamamalı.
4. Pəhrizi ancaq 6-cı günündə dayandıra bilərsiniz.
5. Ancaq günorta və axşam yeməklərinin yerini dəyişdirmək olar.
Tövsiyələr
1.Brokoli tapmasanız, gülkələmi yeyə bilərsiniz.
2.Xolesterolu yüksək olanlar yumurtanın ağını yeyə bilər.
3.Ölçü və miqdarı göstərilməyən qidaları çox olmamaq şərtilə istədiyiniz qədər yeyə bilərsiniz.
4.Pəhriz ağır gəlsə, 6-cı gün dayandırıb 3 ay sonra yenə başlayın.
Nələr etməli?
I GüN
Səhər: 1 fincan qəhvə, 1 qənd
Günorta: 2 bərk yumurta, 1 pors qaynadılmış ispanaq, 1 pomidor
Axşam: 1 bifşteks (200 qram), zeytun yağlı və limonlu salat
II GüN
Səhər: 1 fincan qəhvə, 1 qənd
Günorta: 1 dilim kolbasa, 100 qram qatıq
Axşam: 1 bifşteks (200 qram), yaşıl salat, 1 meyvə
III GüN
Səhər: 1 fincan qəhvə, 1 qənd, 1 dilim qızarmış çörək
Günorta: Qaynanmış ispanaq, 1 pomidor, 1 meyvə
Axşam: 2 bərk yumurta, 1 dilim kolbasa, yaşıl salat
IV GüN
Səhər: 1 fincan qəhvə, 1 qənd, 1 dilim qızarmış çörək
Günorta: 1 bərk yumurta, 1 rəndələnmiş yerkökü, 25 qram yağsız ağ pendir
Axşam: 2 dilim portağalın suyu, 100 qram qatıq
V GüN
Səhər: 1 böyük rəndələnmiş yerkökü (limonlu)
Günorta: Soyutma yağsız balıq (200 qram, limonlu və tərəyağlı)
Axşam: 1 bifşteks (200 qram), salat və brokoli
VI GüN
Səhər: 1 fincan qəhvə, 1 qənd
Günorta: 2 bərk yumurta, 1 böyük rəndələnmiş yerkökü
Axşam: Dərisi çıxarılmış toyuq soyutması (200 qram), salat
VII GüN
Səhər: Şəkərsiz çay
Günorta: Qızartma ət (200 qram), təzə meyvə
Axşam: Heç nə
VIII GüN
Səhər: 1 fincan qəhvə, 1 qənd
Günorta: 2 bərk yumurta, 1 pors qaynadılmış ispanaq, 1 pomidor
Axşam: 1 bifşteks (200 qram), zeytun yağlı və limonlu yaşıl salat
IX GüN
Səhər: 1 fincan qəhvə, 1 qənd
Günorta: 1 dilim kolbasa, 100 qram qatıq
Axşam: 1 bifşteks (200 qram), yaşil salat, 1 meyvə
X GüN
Səhər: 1 fincan qəhvə, 1 qənd, 1 dilim qızarmış çörək
Günorta: Qaynadılmış ispanaq, 1 pomidor, 1 meyvə
Axşam: 2 bərk yumurta, 1 dilim kolbasa, yaşıl salat
XI GüN
Səhər: 1 fincan qəhvə, 1 qənd, 1 dilim qızarmış çörək
Günorta: 1 bərk yumurta, 1 rəndələnmiş yerkökü, 25 qram yağsız ağ pendir
Axşam: 2 dilim portağalın suyu, 100 qram qatıq
XII GüN
Səhər: 1 böyük rəndələnmiş yerkökü (limonlu)
Günorta: Qaynadılmış yağsız balıq (200 qram, limonlu ve kərə yağlı)
Axşam: 1 bifşteks (200 qram), salat ve brokoli
XIII GüN
Səhər: 1 fincan qəhvə, 1 qənd
Günorta: 2 bərk yumurta, 1 böyük rəndələnmiş yerkökü
Axşam: Dərisi çıxarılmış toyuq soyutması (200 qram), salat
14 günə 20 kilo arıqla! – İsveç pəhrizi
Diqqətli olun!
Sürətli arıqlama qısa vaxtda yuxu, mədə və bağırsaq problemləri, halsızlıq, saç tökülməsi, psixoloji problemlərə səbəb ola bilər. Uzun müddət ərzində isə ürək və şəkər xəstəlikləri, bəzi xərçəng növləri, sonsuzluq, menstruasiya gecikmələrinə yol aça bilər.
Tez arıqlamaq kökəlməyə daha meylli olmaq deməkdir. Unutmayın ki, pəhriz individualdır. Xüsusən İsveç pəhrizini 35 yaşdan yuxarı və ya hər hansı xəstəliyi olan insanların etməsi məsləhət görülmür.