Ünvanlı sosial yardım necə alınacaq? – YENİ QAYDA

0
6

Ünvanlı sosial yardım necə alınacaq? – YENİ QAYDA

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş informasiya sistemində yaradılmış ünvanlı dövlət sosial yardımı üzrə Vahid Elektron Müraciət və Təyinat Alt Sisteminin (VEMTAS) təqdimatı olub. Yəni artıq ünvanlı sosial yardım almaq istəyən vətəndaş bu müraciəti almaq üçün elektron müraciət etməlidir.

Lent.az-ın məlumatına görə, ailələri təmsil edən vətəndaşlar ünvanlı dövlət sosial yardımının alınması üçün kompüterlər, mobil telefonlar və s., habelə bu məqsədlər
üçün xüsusi olaraq poçt şöbələrindəki quraşdırılmış infoköşklər vasitəsilə “Elektron hökumət” və ya ƏƏSMN Nazirliyinin “Elektron xidmətlər” portallarındakı “Ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi” e-xidməti vasitəsilə müraciət edə bilərlər. Elektron formada göndərilmiş müraciət qeydiyyata alındıqdan dərhal sonra bu barədə istifadəçinin ekranında məlumat görünəcək və həmin tarix ailənin sosial yardımın alınması üçün müraciət etdiyi gün hesab ediləcək.

Müraciətin qəbul olunduğu gün VEMTAS tərəfindən müvafiq rayon (şəhər) ƏSMM-nin ünvanlı sosial yardım üzrə işçisinə (sosial yardımın təyin olunmasından imtina edilən hallar istisna olmaqla) ailənin maddi-məişət şəraitinin müayinəsinin aparılması barədə tapşırıq göndəriləcək. Həmin ailələrin ünvanlı dövlət sosial yardımı almaq hüquqlarına baxılması üçün lazım gələn arayış və məlumatlar aidiyyəti qurumların informasiya ehtiyatlarından əldə olunacaq. Bu e-müraciətlər VEMTAS vasitəsilə qəbul ediləcək və 15 iş günü müddətində araşdırılaraq elektron qaydada cavablandırılacaq.

Aparılmış müayinənin nəticələri real vaxt rejimində VEMTAS-a ötürüləcək və xüsusi proqram təminatı vasitəsilə həmin məlumatlar “Ərizə-bəyannamə”də əks olunan məlumatlarla üzləşdirilərək yoxlanılacaq. Əgər uyğunsuzluq aşkar edilməzsə, ailəyə sosial yardımın təyin olunması barədə qərar çıxarılacaq, əks halda sosial yardımın təyin olunmasından imtina ediləcək.

Sosial yardımın təyin olunması barədə qərar çıxarıldığı hallarda, yardımın məbləği və təyin edilmə müddəti, yardım vəsaitinin əldə edilməsi üçün plastik kartın hansı bankdan götürüləcəyi barədə, yardım təyin olunmasından imtina edilməsi qərarı çıxarıldığı hallarda isə imtinanın səbəbləri göstərilməklə qərarın çıxarıldığı gün təmsilçinin “Ərizə-bəyannamə”də qeyd etdiyi əks əlaqə vasitələrinin birinə məlumat göndəriləcək.

LEAVE A REPLY