Qarabağda mümkün Türkiyə-Rusiya müharibəsi…

0
5

Qarabağda mümkün Türkiyə-Rusiya müharibəsi…

Rusiyanın birinci kanalında “Vladimir Solovyovla bazar axşamı” verilişində ekspertlər Türkiyə-Rusiya münasibətlərinin gərginləşməsi və bunun Dağlıq Qarabağ münaqişəsinə təsirini müzakirə ediblər.

Beynəlxalq münasibətlər və ictimai diplomatiya mərkəzinin direktoru Vladimir Avatkov Türkiyənin Cənubi və Şimali Qafqaza doğru irəlilədiyini deyib. O iddia edir ki, Ankara Qafqazın hər iki hissəsində vəziyyətin qeyri-sabit olmasında maraqlıdır.

“Yaxın vaxtlarda Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Bakıya səfər edəcəkdi, lakin Ankara terroruna görə bu səfər təxirə salındı. Amma bütün hallarda Türkiyənin Qafqaza təsir imkanları qalmaqdadır”, – deyə o bildirib.

Milli Strategiya İnstitutunun rəhbəri Mixail Remizov hesab edir ki, Türkiyə-Rusiya müharibəsindən qaçmaq lazımdır: “Belə bir müharibə Rusiyaya hansısa “geosiyasi mükafat” gətirməyəcək. Həmçinin, belə bir müharibə təkcə Suriya ilə yekunlaşmayacaq və daha geniş əraziləri əhatə edəcək. Türkiyə-Rusiya müharibəsi baş verərsə, növbəti qarşıdurma ocağı Dağlıq Qarabağın olacağı dəqiqdir”.

Politoloqun fikrincə, Dağlıq Qarabağla yanaşı, Krımda da müharibə ola bilər.(Publika.az )

LEAVE A REPLY