Başına dəmir parçası düşən qadınlardan biri ölüb-(FOTO)

0
5

Başına dəmir parçası düşən qadınlardan biri ölüb-(FOTO)

Dünən Bakının Səbail rayonu, Parlament prospekti 9 ünvanında aparılan tikinti zamanı bədbəxt hadisə baş verib.

Apa.az xəbər verir ki, tikinti aparılan obyektin yaxınlığındakı səki ilə hərəkətdə olan piyadaların üstünə iri dəmir parçası düşüb. Nəticədə 1941-ci təvəllüdlü Ruhəngiz Talıbova aldığı xəsarətdən hadisə yerindəcə keçinib. Digər piyada isə, ağır xəsarətlərlə xəstəxanaya aparılıb.

Əraziyə prokurorluq, o cümlədən Səbail Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib. Meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Səbail rayon şöbəsində aparılıb. Dəmir parçaları maddi sübut kimi hüquq-mühafizə orqanı əməkdaşları tərəfindən götürülüb.

Tikintiyə məsul şəxslər Səbail Rayon Polis İdarəsinə aparılıb.
İdarədən verilən məlumata görə, aparılan araşdırmadan sonra hadisəyə hüquqi qiymət veriləcək.

LEAVE A REPLY