Məşhur aktyor “donuz qripi”nə yoluxub

0
19

Məşhur aktyor “donuz qripi”nə yoluxub

Hazırda “Paramparça” serialında çəkilən aktyor Barış Falay “donuz qripi”nə yoluxub.

Türkiyə mətbuatının verdiyi məlumata görə, yüksək temperaturla xəstəxanaya aparılan aktyora “donuz qripi” diaqnozu qoyulub.

Beşiktaş rayonunda Gayrettepe bölgəsindəki özəl xəstəxanada müalicə olunan B. Falayın buna görə bir müddətdir ki, serialın çəkilişlərində iştirak etmədiyi ortaya çıxıb.

Qeyd edək ki, Türkiyədə 60-a yaxın insan “donuz qripi”ndən ölüb.

Məşhurlardan isə model Ebru Şallının oğlu, aktrisa Gamze Topuzun qızı və müğənni Bülent Ersoy “donuz qripi”nə tutulub.

LEAVE A REPLY