Lavaşla pirojkilər

0
3

Lavaşla pirojkilər

Lavaşla pirojkilərin hazırlanma qaydasını təqdim edirik
Tərkibi (20 ədəd):
– 4 lavaş
– 300 q kəsmik
– 1 ç.q. xardal
– 1 dəstə şüyüd
– 130 q pendir
– duz
– 1 yumurtanın sarısı
– 1 ç.q. su
– bitki yağı
Kəsmiyi xardal və duzla yaxşıca qarışdırın.
Şüyüdü yuyub xırda doğrayın.
Pendiri sürtgəcin iri gözündən keçirin. Kəsmik, şüyüd və pendiri qarışdırın.
Hər lavaşı eninə təxminən 5 bərabər hissəyə bölün. Bir şəridin bir tərəfinə iç qoyub üçbucaq formasında bükün (üçqulaq paxlava kimi).
Digər lavaşları da eyni qaydada hazırlayın.
Yumurta sarısına 1 ç.q. su əlavə edib çəngəllə çalın.
Hər pirojkinin iki üzünə də yumurta sarısı çəkin.
Bitki yağında hər iki üzünü qızardın.
Nuş olsun!

LEAVE A REPLY