Binaların istismara qəbulu sistemisadələşdiriləcək

0
6

Binaların istismara qəbulu sistemisadələşdiriləcək

Tikinti biznesi ilə məşğul olan sahibkarlar tikilən obyektlərin qəbulu zamanı “bir pəncərə” prinsipinin tətbiqini təklif edirlər.
Fevralın 16-da Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovla görüş zamanı sahibkarlar bu cür təklif irəli sürüblər. Onların məlumatına əsasən, hazırda tikilən obyektlərin dövlət strukturları tərəfindən qəbulu zamanı sahibkarlar 20-25 dövlət strukturuna təxminən eyni sənədlərin olduğu siyahı təqdim etməlidirlər.
Sahibkarlardan birinin sözlərinə görə, bu prosesin sadələşdirilməsi məqsədilə vahid komissiyanın yaradılması məqsədəuyğun olardı. Digər problemlər arasında sahibkarlar xüsusilə 16 mərtəbədən yüksək binalara texniki şərtlərin, tikintiyə icazənin alınması zamanı çətinliklərin meydana gəldiyini, vergiqoyma məsələləri, kommunal xidmətlər, icra hakimiyyəti, hüquq-mühafizə orqanları ilə qarşılıqlı əlaqələri qeyd ediblər.
Nazir sahibkarlara təkliflərinə görə minnətdarlığını bildirib və fəaliyyətlərinin sadələşdirilməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinin zəruri tədbirlər görəcəyinə söz verib.

LEAVE A REPLY