“Anam atama görə öldü” – Sevdadan ailəsi ilə bağlı etiraflar
“O, TƏK ANAMI YOX, MƏNİ DƏ BƏDBƏXT EDİB”
“Allah insana hər şeyin – atanın da, qardaşın da xeyirlisini versin. Qardaşım məndən böyükdür, ata əvəzi olmalıdır. Amma mən ona ana əvəzi olmuşam”.
Bu sözləri müğənni Sevda Sanəliyeva “10-dan sonra” verilişində deyib. O, anasının ölümündə atasını günahlandırıb:
“Hələ ki, nə atadan, nə də qardaşdan xeyir görmüşəm. 6 yaşımdan sonra atam bizdən ayrıldı. Anam məni tək böyütdü. İkinci dəfə ailə də qurmadı, istəyəni var idi. Amma şərt qoymuşdular ki, qızını gətirmə. Çörək tapmayanda məni küçəyə atmayıb. Atamın etdiklərinə görə də anam xəstələndi. Anamın rəhmətə getməyinin səbəbi atamdır. Rəqqasəliyimi damğa kimi görmələri, ağır günlər yaşamağım, qardaşın xeyirsiz olması atasızlıqdan irəli gəlir. Qardaşım atamdan nə gördüsə, onu götürdü. Onun hərəkətlərini təkrarlayır. O, tək anamı yox, məni də bədbəxt edib. O, özü də xoşbəxt deyil. Bilə-bilə özünü bədbəxt edir, məni də qardaşsız qoyur”.
Göz yaşlarını saxlaya bilməyən S.Sanəliyeva övladından danışıb:
“Həkimlər mənə demişdi ki, uşağın olmayacaq. Anam əlini qaldırıb, Allaha yalvardı ki, “Balama övlad ver, mənim canımı al”. Hamiləliyimi bildiyim həftə anamın xəstəliyi başladı. Uşağım oldu, evə gətirəndən sonra anam öldü”.
S.Sanəliyeva həyat yoldaşından da bəhs edib:
“Həyat yoldaşım imkanlı biri deyil. Çoxları məni qınadı ki, niyə onu seçdin, daha dəbdəbəli həyat yaşaya bilərdin. Yoldaşım hər şeydə mənə çox dəstəkdir. Məni ayaqda tutan odur. Mən canlı meyid olmuşam. O, məni ruhlandırır”.