Ərdoğandan ABŞ-a ultimatum:”Ya Türkiyəni seçin, ya da…”

0
3

Ərdoğandan ABŞ-a ultimatum:”Ya Türkiyəni seçin, ya da…”
alt=”Ərdoğandan ABŞ-a ultimatum:"Ya Türkiyəni seçin, ya da…"” title=”Ərdoğandan ABŞ-a ultimatum:"Ya Türkiyəni seçin, ya da…"”
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan türk ordusunun Suriyadakı kürd döyüşçülərin mövqelərinə zərbələri davam etdirəcəyini bildirib.

Strateq.az xəbər verir ki, Ərdoğan Türkiyənin kürdlər tərəfindən açılan hər atəşə cavab verdiyini deyib: «Heç kim düşünməsin ki, geri addım atacağıq. Onlar tərəfdən gələn hər atəşə artıqlamasıyla cavab veriləcək».

Ərdoğan ABŞ-ı Türkiyə ilə Suriya kürdləri arasında seçim etməyə də çağırıb.

Xatırladaq ki, fevralın 14-də ABŞ Ankaranı Hələb yaxınlığında kürd və suriyalı silahlıların mövqelərinə zərbələr endirməyə son qoymağa, diqqəti İŞİD-ə qarşı mübarizəyə yönəltməyə çağırmışdı.

Türkiyə baş naziri Əhməd Davudoğlu isə bu bəyanata cavab olaraq bildirib ki, kürd döyüşçüləri Azez və Təl-Rifaat şəhərlərini ələ keçirmişdi. Nazir onu da qeyd edib ki, Türkiyə Suriyanın Azez şəhərinin kürd döyüşçüləri tərəfindən işğal edilməsinə imkan verməyəcək.

LEAVE A REPLY