Spirtli içki hansı halda sürücünün məsuliyyətinə səbəb olur?

0
4

Spirtli içki hansı halda sürücünün məsuliyyətinə səbəb olur?

“Qanda alkoqolun konsentrasiyası 0,3 promildən azdırsa, sürücü məsuliyyətə cəlb edilmir”

Məlum olduğu kimi, mövcud qanunvericilik sürücülərin sərxoş halda avtomobil idarə etməsinə icazə vermir. Bu cür şəxslər qanunvericiliyin müvafiq maddələri ilə məsuiyyətə cəlb edilir.
Maraqlıdır, spirtli içki içmək sürücünü istənilən halda avtomobil idarə etmək hüququndan məhrum edirmi? Bu məsələdə qəbul edilən spirtli içkinin doza və miqdarının hansısa əhəmiyyəti varmı? Yoxsa qədərindən, az və ya çox olmasından asılı olmayaraq qəbul edilən spirtli içki sürücünün avtomobil idarəsindən uzaqlaşdırılması üçün yetərlidirmi?
Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri, polis polkovniki Kamran Əliyev qanunvericilikdə bununla bağlı konkret normaların nəzərdə tutulduğunu vurğuladı:
“Bununla bağlı Nazirlər Kabinetinin müvafiq qərarı mövcuddur. Əgər qanda alkoqolun konsentrasiyası 0,3 promildən yuxarı olarsa, həmin şəxs sərxoş hesab edilir. Lakin əgər həmin şəxsin qanında alkoqolun konsentrasiyası 0,3 promilə qədərdisə, həmin şəxs sərxoş hesab edilmir. Bu cür şəxslər avtomobil idarə edə bilər. Yəni qanunda bu şəxslərlə bağlı məsuliyyət nəzərdə tutulmur”.

LEAVE A REPLY