“Nəinki məmurların, hətta bəzi media rəhbərlərinin də xaricdə əmlakı var”

0
3

“Nəinki məmurların, hətta bəzi media rəhbərlərinin də xaricdə əmlakı var”
alt=”“Nəinki məmurların, hətta bəzi media rəhbərlərinin də xaricdə əmlakı var"” title=”“Nəinki məmurların, hətta bəzi media rəhbərlərinin də xaricdə əmlakı var"”
Mehman Əliyev: “Məmurların xaricdəki bank hesabına əl qoyulması məhdud çərçivədə reallaşa bilər”

Korrupsiyalaşmış məmurların xarici ölkələrdəki pul və daşınmaz əmlakının dövlət tərəfindən müsadirə edilməsi son günlər ictimai-siyasi xadimlər tərəfindən ən çox səsləndirilən təkliflərdən biridir. Bu qəbildən olan siyasilər hesab edir ki, belə bir addımın atılması həm dövlətdən oğurlanan vəsaitlərin eri qaytarılması, həm də böhranın nəticələrinin zəiflədilməsi baxımından müstəsna əhəmiyyət kəsb edir.
Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən “Turan” İnformasiya Mərkəzinin rəhbəri Mehman Əliyev isə hesab edir ki, indiki hökumətin böyük miqyasda belə bir kampaniyaya start verəcəyi inandırıcı görünmür:
“Mən bu bəyanatları eşitmişəm. Lakin çox təəccüblüdür ki, bu cür təkliflərlə çıxış edən deputatların, məmurların özlərinin əslində parlamentdə necə, kimlərin vasitəsi ilə təmsil olunduqları qaranlıqdır. Ola bilsin ki, bu cür təkliflərin yalnız bəlli bir qisim məmurlara, məsələn, ölkə başçısı tərəfindən təqib edilən məmurlara şamil edilməsi nəzərdə tutulur. Belə bir kampaniyanın məhdud çərçivədə aparılması mümkündür. Lakin bütövlükdə bu siyasətin reaılaşması aktual deyil. Çünki hökumətin əksər təmsilçilərinin xaricdə əmlakı var. Nəinki məmurların, hətta bəzi media rəhbərlərinin də xaricdə mənzilləri və s.var”.

LEAVE A REPLY